Son Xəbərlər:
Qazaxda şəhid Süleymanov  Süleyman Elçin oğlunun anım günü keçirilib

Qazaxda şəhid Süleymanov Süleyman Elçin oğlunun anım günü keçirilib

Süleymanov  Süleyman Elçin oğlu 1997-ci il noyabrın 17-si Qazax rayon Daşsalahlı kəndində anadan olmuş. 2017-ci ıl martın 3-də N saylı  hərbi hissənin tərkibində Azərbaycan Respublikası  torpaqlarının ərazi bütövlüyü uğrunda erməni işğalcı ordusuna qarşı gedən döyüşdə qəhrəmancasına doyüşərək şəhid olmuşdur.

2019-cu il martın 3-ü  Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədri Kamandar Məmmədov, sədr müavini Namiq Alıyev, ictimai birliyin fəal üzvləri Vaqif Xanbabayev, Məmmədov  Elxan Qəşəm oğlu, şəhidin  valideynləri və doyüşçü dostları, Qazax rayon Daşsalahlı kənd Şəhidlər Xiyabanında şəhid Süleymanov  Süleyman Elçin oğlunun  məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.

Ziyarətçilər Allahdan şəhidlərimizə rəhmət dilədilər.

VƏTƏN MƏNƏ OĞUL DESƏ, NƏ DƏRDİM,
MAMIR OLUB QAYASINDA BİTƏRDİM.
Vətən oğlu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок