Son Xəbərlər:
Qazaxda N saylı hərbi hissənin yaradılması günü qeyd olundu

Qazaxda N saylı hərbi hissənin yaradılması günü qeyd olundu

16.11.2019-cu il tarixdə Qərbin qapısı Azərbaycan Respublikasının torpaqlarımızın ərazi bütövlüyü uğrunda odlu-alovlu, şanlı-şərəfli döyüş yolu keçmiş  qəhrəman Qazax rayon N saylı hərbi hissənin yaradılması günü qeyd olundu

Tədbirdə Azərbaycan respublikasının Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Qazax rayon  İcra Hakimiyyəti başçısının müavini, İcra Hakimiyyətinin nümayəndələri, Qazax rayon  polis şöbəsinin rəisi, DTX-nın  Qazax bölməsinin rəisi, hüquq mühafizə xidməti əməkdaşları, gənclər və veteran döyüşçülər iştirak edirdilər.

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının üzvü, I qrup Qarabag müharibəsi əlili, ehtiyyatda olan kəşfiyyatci baş leytenant Namiq Alıyev çıxış edərək Azərbaycanın Silahlı Qüvvələrinin şəxsi heyyətini  hərbi hissənin yaranmasında böyük xidməti və əməyi olmuş veteran səhra komandirləri Aftandil Cəfərov,  Ərəstun Hacıyev, Vilayət Omarov,  Mübariz Kazımov, Müşviq Eyyubov, Valeh Sadiqi, Yaşar Əsgərov, Yaşar Abdullayev, Razin Əfəndiyev, Azər Məmmədov, Rafael Xasayev,  Şöhrət Orucov, Maksim Kazımov,  Arif Məmmədov, kəşfiyyatci Azər Mehman, eləcə də özləri tədbirdə iştirak etməyən qəhrəman veteran döyüşcülər adından salamladı.

Azərbaycan əsgərinə ugurlu döyüş  yolu və qələbə arzu edərək bu müqəddəs yolda qazi, veteran döyüşcülər də onlarla bərabər torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edəcəyinə hazır olduğunu bildirdi.

Tədbirə dəvət ediklərinə görə Azərbaycan Müdafiə Nazirliyinə, Qazax rayon N saylı hərbi hissənin komandirinə veteran döyüşçülər adından dərin minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок