Son Xəbərlər:
Qazaxda çağırışçılar hərbi xidmətə yola salındılar

Qazaxda çağırışçılar hərbi xidmətə yola salındılar

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev, əsgər atası Baxış Hüseynov Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının ordu sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliklərini bildiriblər. Çıxış edənlər əsgər getməyin Vətən qarşısında əsl kişilik məktəbini keçmək olduğunu qeyd edərək bu məktəbi qələbə müjdəli zəfərlərlə başa vurmağı arzu ediblər. Vətənpərvərlik hissini özündə əks etdirən bu məktəbdən hər zaman xoş sədalarının eşidilməsini arzulayıblar.

Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 3 iyun 2019-cu il tarixli Sərəncamına müvafiq olaraq qazaxlı gənclər yüksək əhval-ruhiyyə ilə hərbi xidmətə yola düşüblər.

Bu münasibətlə bu gün şəhərin mərkəzində yerləşən Gənclər Mərkəzinin qarşısında çağırışçıların təntənəli şəkildə yola salınması mərasimi keçirilib. Tədbirdə Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin Gulaya Həsənova, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil, mədəniyyət işçiləri, Qarabağ müharibəsi əlilləri, çağırışçılar, onların valideynləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları və çağırışçılar əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsi önünə gül dəstələri qoyaraq ulu öndərin xatirəsini yad ediblər. Sonra dahi şəxsiyyətin adını daşıyan mərkəzdə ulu öndərin həyat və fəaliyyətini, ordu quruculuğundakı xidmətlərini özündə əks etdirən filmə baxıblar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок