Son Xəbərlər:
Qazaxda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd olundu

Qazaxda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günü qeyd olundu

13 fevral – Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması günüdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 fevral 2012-ci il tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə  Dövlət Xidmətinin yaradılmasının 7-ci ildönümü qeyd olunur.

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının üzvləri də tədbirdə iştirak etmişlər.  İctimai birliyin sədr müavinləri  Balayev Xasay və Alıyev Namiq tədbirdə cıxış edərək  SHXÇDX-nin əməkdaşlarını peşə bayramları munasibətilə təbrik etmiş, onlara işlərində ugurlar arzulamışlar.

Daha sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsinə ucaldılmış əbədi məşəl önünə gül dəstələri düzmüş, Vətən uğrunda həlak olmuş oğullarımızı bir dəqiqəlik sükutla yad etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок