Son Xəbərlər:
Qazaxda aprel şəhidlərinin xatirəsinə həsr olunuş qol güləşi üzrə turnir keçirilmişdir

Qazaxda aprel şəhidlərinin xatirəsinə həsr olunuş qol güləşi üzrə turnir keçirilmişdir

22.09. 2019-cu il tarixdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə «Gəncliyin Təşəbbüsü» ictimai birliyi «Aprel Şəhidlərimizi Tanıyaq və Tanıdaq» layihəsinin icrası çərçivəsində Qazax Olimpiya İdman Kompleksində aprel 2016-cı il döyüşlərində şəhid olmuş Orucov Mühid Qurban oğlu, Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş qol güləşi üzrə turnir keçirilmişdir.

Tədbirin açılışında ilk çixiş edən idman mütəxəssisi Vəliyev Vəli idmançılara uğurlar arzuladı və sözü layihənin rəhbəri, əməkdar məşqçi Əliyev Azərə verdi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Layihənin rəhbəri, əməkdar məşqçi Azər Əliyev turnir iştirakçılarına turnir haqda ətraflı məlumat verərək donor haqda danışmışdır. Aprel şəhidlərinin qəhrəmanlıqlarını idmançılara çatdıraraq onlara daim şəhidlərin xatirəsini uca tutmağı tapşırmışdır, gəncləri pis vərdişlərdən uzaq olmağa və bədən tərbiyyəsi və idmanla məşqul olmağa çağırmışdır.

Şəhidlərin ailə üzvləri Elbəy Orucov (Şəhid Mühid Orucovun qardaşı), Məmməd Namazov (Şəhid Elvin Namazovun atası), Məhəmməd Əliyev (Şəhid Orxan Əliyevin atası) turnirdə iştirak edərək turnir təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər və idmançılara uğurlar arzulamışlar.

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədr müavini, I dərəcəli Qarabağ müharibəsi əlili Namiq Aliyevin vətənpərvər çixişı hamını ruhlandırdı.

Qazax Gənclər və İdman idarəsinin rəis müavini Şahin Namazov gənclərə şəhidlərin yolu haqda ətraflı danışdı.

Qarabağ müharibəsi veteranı Kamran Alməmmədov bu cür turnirlərin keçirilməsinin çox müsbət hal olduğunu bildirərək idmançılara uğurlar arzuladı.

İştirakçılar Dövlət himnini ifa etdikdən sonra turnirə start verildi.

Turnirdə 4 şəhər və rayonun (Qazax, Ağstafa, Tovuz və Qovlar) 6 komandasından 100-dən çox idmançısı iştirak etmişdir. Turnir “Qəhramanlar unudulmur” devizi altında keçirilmişdir. Gərgin idman mübarizəsi şəklində keçən görüşlərdə 13 çəki üzrə qaliblər müəyyən edilmişdir. Komanda hesabında 23 medalla Qazax komandası 1 yerə, 9 medalla Qovlar komandası 2 yerə, 7 medalla Ağstafa komandası 3 yerə çıxmışlar. Qaliblər medal və diplomlarla mükafatlandırıldılar.

Turnirdə iştirak edən şəhidlərin ailə üzvləri fərqlənən idmançıların mükafatlandırılmasında iştirak etdilər və təşkilat komitəsinə bir daha öz minnətdarlığını bildirdilər.

Turnir çərçivəsində 180 nəfər birbaşa və 2350 nəfər isə dolayısı ilə bəhrələndilər.

Turnir gənclərin asudə vaxtlarının düzgün təşkili, onların sağlam həyat tərzini seçmələrinə təkan vermişdir.

Turnirin sonunda iştırakçılar və şəhidlərin ailə üzvləri Azərbaycan Respublikasının Gənclər Fonduna turnirə dəstək verdikləri üçün bir daha öz minnətdarlıqlarını bildirdilər və belə turnirlərin tez-tez keçirilməsini arzuladılar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок