Qazaxda aprel şəhidlərinin xatirəsinə həsr olunuş “Atıcılıq idman növü üzrə turnir” keçirilmişdir

2019-cu il oktyabrın 23-ü Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Gəncliyin Təşəbbüsü Maarifləndirmə ictimai birliyi “Aprel şəhidlərimizi taniyaq və tanidaq” layihəsinin icrası çərçivəsində Qazax Olimpiya İdman Kompleksində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Orucov Mühid Qurban oğlu, Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş “Atıcılıq idman növü üzrə turnir” keçirilmişdir.

Tədbirdən öncə Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün qəhramanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Gəncliyin Təşəbbüsü Maarifləndirmə ictimai birliyinin sədri, layihənin rəhbəri, əməkdar məşqçi Azər Əliyev iştirakçılara turnir haqda ətraflı məlumat verdi. O, Aprel şəhidlərinin qəhramanlıqlarını iştirakçılara çatdıraraq onlara daim şəhidlərin xatirəsini uca tutmağı tövsiyə etmiş, gəncləri pis vərdişlərdən uzaq olmağa, bədən tərbiyyəsi və idmanla məşqul olmağa çağırmışdır.

Şəhidlərin ailə üzvləri Elbəy Orucov (Şəhid Mühid Orucovun qardaşı), Məmməd Namazov (şəhid Elvin Namazovun atası), Məhəmməd Əliyev (şəhid Orxan Əinliyevin atası) turnirdə iştirak edərək turnir təşkilatçılarına öz minnətdarlıqlarını bildirmişlər və idmançılara uğurlar arzu etmişlər.

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev atıcılıq yarışının önəmi haqda danışmışdır.

Əfqanıstan Veteranları ictimai birliyinin Ağstafa rayon şöbəsinin sədri Mirzahid Hacıyev gənclərə şəhidlər haqda ətraflı danışmış və iştirakçılara uğurlar arzulamışdır.

Qazax rayon Təhsil şöbəsinin əməkdaşı Orxan Əliyev çıxış edərək bu turnirin gənclərin asudə vaxtlarını səmərəli kecirilmələrində önəmli rolu haqda danışmış və turnir iştirakmılarına uğurlar arzulamışdır.

Qazax Gənclərin İnkişaf və Karyera mərkəzinin direktoru İsmayıl Suleymanov layihənin gənclər üçün böyük önəmi haqda danışmışdır.

Çıxışlardan sonra turnirə start verildi. Turnirdə 16 komandanın 64 iştirakçısı qeydiyyatdan keçmişdir. “Qəhramanlar unudulmur” devizi altında keçirilmiş turnirdə gərgin idman mübarizəsi şəklində keçən görüşlər nəticəsində 3 kateqoriya üzrə qaliblər müəyyən edilmişdir.