Son Xəbərlər:
Qazaxda “Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihəsinin icrası davam edir

Qazaxda “Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihəsinin icrası davam edir

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gəncliyin Təşəbbüsü ictimai birliyi “Aprel şəhidlərimizi tanıyaq və tanıdaq” adlı layihəsinin icrası çərçivəsində 19. 09. 2019-cu il tarixdə Qazax rayonundan 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş qəhramanlarımızın məzarları və ailələri ziyarət edilmişdir.

Birinci tədbir aprel döyüşlərində şəhid olmuş əsgər Əliyev Orxanın boya-başa çatdığı Qazax rayon Aslanbəyli kəndində keçirilmişdir. Aslanbəyli kəndində şəhidimizin məzarı və ailəsi ziyarət olunmuşdur.

İkinci tədbir aprel döyüşlərində şəhid olmuş baş leytenant Namazov Elvinin boya-başa çatdığı Qazax rayonu Yuxarı Salahlı kəndində keçirilmişdir. Yuxarı Salahlı kəndində şəhidimizin məzarı və ailəsi ziyarət olunmuşdur.

Üçüncü tədbir aprel döyüşlərində şəhid olmuş kapitan Mühid Orucovun boya-başa çatdığı Qazax rayonu Fərəhli kəndində keçirilmişdir. Fərəhli kəndində şəhidimizin məzarı və ailəsi ziyarət olunmuşdur.

Hər üş qəhrəmanımızın məzarları və ailələri ziyarət olunan zaman layihənin rəhbəri və Gəncliyin Təşəbbüsü ictimai birliyinin sədri Azər Əliyev şəhidlərimizin ailələrinə layihə barəsində ətraflı məlumat vermişdir. O bildirmişdir ki, layihənin məqsədi gənclərin 2016-cı ilin aprelində şəhid olanların xatirəsini daim yad etmək, onların ailələrinə mənəvi dəstək olmaq, vətənpərvərlik hisslərinin aşılanması, vətənə və dövlətə bağlılığın artırılması, pis vərdişlərdən uzaqlaşmaları, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının düzgun və səmərəli təşkili, gənclərin bədən tərbiyəsi və idmana yönəlməsi olacaqdır. QMİ-nin zona qazisi İlham Suleymanov şəhidliyin nə qədər uca zirvə olduğu haqda danışmışdır və şəhidlərimizə dualar etmişdir. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qazax rayon filialının sədr müavini Namiq  Alıyev çıxış edərək şəhidlərimizin şərəfli yolu haqda danışmış və şəhidlərimizin ailələrinə səbr diləmişdir. Gənclər və idman idarəsinin rəis müavini Şahin Namazov keçiriləcək kütləvi idman tədbirlərinin mahiyəti haqda ətraflı danışmışdır. Qazax rayon Gənclərin İnkişaf və Karyera mərkəzinin inzibati işlər üzrə koordinatoru Abdulla İsayev layihənin gənclər üçün böyük önəmi haqda danışmışdır.

Keçiriləcək kütləvi idman tədbirlərinin vaxtları və yerləri haqda şəhid ailələrinə ətraflı məlumat verilmiş və dəvət olunmuşlar. Şəhidərimizin valideynləri layihəni çox bəyəndiklərini bildirmiş və tədbirlərin keçirilməsi üçün xeyir-dua etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок