Son Xəbərlər:
Qazaxda əməkdar məşqçi və hakim Kamal Əhmədovun yubileyinə həsr olunmuş turnir keçirildi

Qazaxda əməkdar məşqçi və hakim Kamal Əhmədovun yubileyinə həsr olunmuş turnir keçirildi

2019-cu il iyulun 24-ü Qazax rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə respublika prezidentinin fərdi təqaüdçüsü, əməkdar bədən tərbiyəsi və idman xadimi, “Qırmızı Əmək Bayrağı” ordenli, sərbəst güləş üzrə SSRİ idman ustası, əməkdar məşqçi, respublika dərəcəli hakim Kamal Məhəmməd oğlu Əhmədovun 85 illik yubileyinə həsr olunmuş 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə açıq rayon turniri keçirilmişdir.

Qazax Olimpiya İdman Kompleksində baş tutan turnirə şəhər və rayon olmaqla 7 komanda qatılıb. Qazax (4), Ağstafa (1), Tovuz (1), Şəmkir (1) şəhər və rayonlarından ümumilikdə 110 idmançı öz məharətini nümayiş etdiriblər.

Turnirin rəsmi açılış mərasimində Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, məktəb direktorları, titullu idmançılar, turnirin hakimləri və Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının üzvləri, eləcə də  yarış iştirakçıları, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yubilyarı təbrik etmiş, səmimi arzularını söyləmişdir. Ulu öndər Heydər Əliyevin vaxtilə idman sahəsinə, idmançılara daim xüsusi qayğı ilə yanaşdığını qeyd edərək, ümummilli liderin Azərbaycanda idmanın yüksək səviyyədə inkişaf etməsi üçün uğurlu siyasətin əsasını qoyduğunu diqqətə çatdırmışdır. Bu gün həmin siyasətin ölkə başçısı İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva tərəfindən davam etdirildiyini bildirmişdir. Azərbaycanda idmanın bütün sahələrinə olduğu kimi, sərbəst güləşə də daim qayğı göstərildiyini vurğulayan natiq, istər Avropa, istərsə də dünya çempionlarının yetişməsində Qazax güləş məktəbinin, xüsusilə də əməkdar məşqçi Kamal Əhmədovun böyük xidmətləri olduğunu qeyd etmişdir. Hazırda ölkəmizdə keçirilən XV Avropa Gənclər Olimpiya Festivalından söz açan icra başçısı istər həmin festivalda, istərsə də bu turnirdə mübarizə aparan idmançılara uğurlar arzulamışdır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок