Son Xəbərlər:
Qazax-Tovuz və Ağstafa rayonlarında Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının yeni komandaları təsis edildi

Qazax-Tovuz və Ağstafa rayonlarında Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının yeni komandaları təsis edildi

Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təşübbüsü və “Gəncə” və “Kəpəz” yığma komandalarının iştirakı ilə Qazax-Tovuz və Ağstafa rayonlarında Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının yeni komandaları təsis edildi.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi.

Yoldaşlıq görüşü Qazax rayon İcra Hakimiyyətinin dəstəyi və Qazax rayon Gənclər və idman idarəsinin təşkilatçiliği ilə Qazax rayon Olinpiya Kompleksində keçirildi.

Açılış mərasimində çıxış edən Qazax RİH-nin əməkdaşı Sərdar Orucov icra hakimiyyətinin başçısı Rəcəb Babaşovun adından iştirakçıları salamlayaraq idmançılara uğurlar arzuladı. S.Orucov dövlətimizin Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyi diqqət və qayğıdan danışaraq onların daim prezident İlham Əliyevin diqqət mərkəzində olduğunu söylədi.

Daha sonra Qazax rayon Gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyev Qarabağ müharibəsi əlillərinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edərək, bu müqqədəs işdə Federasiyaya həmişə dəstək olacağını bildirdi.

Qarabağ Əlil Döyüşçüləri Futbol Federasiyasının (QƏDFF) prezidenti Rövşən Quliyev  Polşanın Varşava şəhərində «Amputa Futbol-2019», Gürcüstanın Tiflis şəhərində  keçirilən yarış barəsində məlumat verərək, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırdıqlarını qeyd etdi. O dedi ki, Avropa Amputant Futbol Federasiyası Assosiasiyasının (EAFF) təşkilatçılığı ilə Azərbaycanın Qarabağ Əlil Döyuşçülər Futbol Federasiyasının (QƏDFF) yığma komandası və İtaliya, Rusiya və Gürcustan arasında beynəlxalq yoldaşlıq görüşü keçirilib. QƏDFF  prezidenti Rövşən Quliyev bildirdi ki, bu gün Qarabağ döyüşlərində əlil olan futbolçu idmançılarımız Vətən uğrunda döyüşlərdə yenidən iştirak etmək üçün Ali Baş Komandan İlham Əliyevin əmrlərinə hazırdırlar. Federasiyaya yaxından dəstək olan Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkür  edib. QƏDFF Vitse-prezidenti Elmar Hüseynov çıxışında prezident İlham Əliyevin və Birinci Vitse-prezident xanım Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə veteranlarına olan diqqət və qayğısından söz açaraq, Azərbaycan QƏDFF-in prezidenti Rövşən Quliyevin bu sahədə apardığı işlərdən və komandanın bir illik fəaliyyətindən danışdı. Daha  sonra Rövşən Quliyev Gəncə və Kəpəz yığma komandalarının iştirakı ilə  Qazax, Tovuz və Ağıstafa rayonlarında yeni komandaların təsis edilməsinə, yarışların təşkil olunmasına görə icra hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovu təmsil edən Qazax rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisı Sərdar Orucova və Qazax rayon Gənclər və idman idarəsinin rəisi Vüqar Nəbiyevə ümummilli lider Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən Azərbaycanlıyam” plaketini komanda adından təqdim etdi.

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədr müavini, birinci qrup Qarabağ müharibəsi əlili Namiq Əliyev və ictimai birliyin üzvləri çıxışlarında komandalara uğurlar arzuladılar. N.Əliyev çıxışında həmçinin  bütün  Qazax  rayonunun veteran və əlillərinin Ali Baş Komandanın əmrinə hazır olduqlarını ifadə etdilər. Komandaların Qazax-Tovuz və Ağıstafa rayonları üzrə rəhbəri, Müharibə Veteranlarına Sosial Yardım ictimai birliyinin  Qazax rayon üzrə rəhbəri, Qarabağ əlili Ülviyyə Poladova təyin edildi.

Tədbirdə Əfqanıstan Veteranları ictimai birliyinin Ağstafa  rayon şöbəsinin sədri, eləcə də  Qarabağ müharibəsi veteranı  Mirzahid Hacıyev və ictimai birliyin üzvləri çıxışlarında komandalara uğurlar arzuladılar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок