Son Xəbərlər:
Qazax şəhərində «Müstəqilliyimiz Əbədidir» şüarı altında yürüş keçirilmişdir

Qazax şəhərində «Müstəqilliyimiz Əbədidir» şüarı altında yürüş keçirilmişdir

2019-cu il oktyabrın 17-si Azərbaycanın Dövlət Müstəqilliyinin 28-ci ildönümü münasibətilə  Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının fəal üzvü,  hamımızın sevimlisi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda odlu-alovlu, şanlı-şərəfli döyüş yolu keçmiş  I qrup Qarabağ müharibəsi əlili Əcgərov Yaşar  Nurəddin oğlu, II qrup Qarabağ müharibəsi əlili Qocayev  Rəşad  Rəhim oğlu və II qrup Qarabağ müharibəsi əlili Kazımov Maksim Nazir oğlu, eləcə də yüksək  vətənpərvərlik ruhunda keçirilən tədbirlərin təşkilatçılığına və iştirakına, rəhbərlik etdiyi xidmət əməkdaşları ilə mütəmadi  olaraq şəhid ailələrini, şəhidlərin məzarını ziyarət etdiyinə görə Qazax rayon SHXCDX-nın rəisi, mayor RƏHİMOV MEHMAN QASIM oğlu ictimai birliyimiz tərəfindən “Fədai” medalı ilə təltif olundular.

Qazax şəhərində mindən çox gəncin iştirakı ilə  «Müstəqilliyimiz Əbədidir» şüarı altında yürüş keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in üzvləri də iştirak edirdilər.

Yürüş Qazax Dövlət Sosial-İqtisadi kollecin qarşısından başlamış, Qazax Gənclər Mərkəzinin qarşısında möhtəşəm konsert proqramı ilə davam etmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок