Son Xəbərlər:
Qazax rayonundakı Ürükməzli kənd tam orta məktəbində görüş keçirilmişdir

Qazax rayonundakı Ürükməzli kənd tam orta məktəbində görüş keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının üzvləri Namiq  Alıyev,  Əfqan Daşdəmirov, Nüsrət Musayev, rayon  Icra Hakimiyyətinin və Qazax rayon Təhsil  şöbəsinin nümayəndələrinin iştirakı ilə şəhid Saqif Nəsirov adına Ürükməzli kənd tam orta məktəbinin 10-11-ci sinif şagirdləri ilə “Gənclərın  hərbi vətənpərvərliyi” mövzusunda görüşü  kecrilmişdir. Görüşdə şəhid adının ucalığından söhbət açılmış, Qazax rayonundan olan şəhidlər, həmçinin adını daşıdığı məktəbin məzunu olan Qarabağ müharibəsi şəhidi Saqif Nəsir oğlu Nəsirov haqqında xatirələr dinlənilmişdir.

Nəsirov Saqif Nəsir oğlu 25 mart 1973-cü ildə Qazax rayonunun Ürkməzli kəndində anadan olmuşdur. 1980-88-ci illərdə Ürkməzli kənd tam orta məktəbinin səkkizinci sinfini bitirmişdir. Təhsilini 117 saylı Texniki Peşə Məktəbində davam etdirmişdir. 1992-ci ildə hərbi xidmətə çağırılmış, Bakı şəhərində Daxili Qoşunlarda hərbi xidmətə başlamışdır. 7 fevral 1993-cü ildə Ağdərə uğrunda gedən amansız döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

İctimai  birliyimizin  adından  görüşün təşkilində göstərdikləri köməyə görə məktəbin direktoru və müəllim kollektivinə öz dərin minnətdarlığımızı bildiririk.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок