Son Xəbərlər:
Qazax rayonunda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğı göstərilir

Qazax rayonunda Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə qayğı göstərilir

Azərbaycan QMƏVŞAİB Qazax rayon filialının qaziləri Qazaxdakı Şəhidlər Xiyabanında olub. Şəhidlərimizin ruhuna dualar oxunub, abidələr önünə çiçək dəstələri qoyublar. Sonra məktəblərdə gənclərlə görüş keçirən qazilər onlarla vətənpərvərlik mövzusunda söhbət aparıb, gəncləri maraqlandıran sualları cavablandırıblar. Qazilər ölkə prezidenti cənab İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi qayğıdan danışıb, onların hərtərəfli dövlət qayğısı ilə təmin edildiklərini bildiriblər.

İctimai birliyin Qazax rayon filialı tərəfindən əlillərin asudə vaxtlarını səmərəli keçirmək üçün “Çay evi” fəaliyyət göstərir ki, orada əlillər pulsuz çay ilə təmin olunmaqla yanaçı müxtəlif stolüstü oyunlar da oynayırlar. Qonşu Ağstafa rayonundan da qazilər buraya təşrif buyururlar. Qeyd edək ki, filial tərəfindən ictimai birliyin üzvü olan imkansız qazilərə mütəmadi olaraq dəstək olunur və köməklik göstərilir.

2018-ci il dekabrın 7-də Müdafiə Nazirliyinin əmri ilə III dərəcəli medalla təltif olunmuş şəhid çavuşumuz Qurbanov Qoşqar Məqsəd oğlunun adına inşa edilmiş bulağın açılışında Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının üzvləri və ictimaiyyət nümayəndələri iştirak və çıxış etmişlər.

Rəcəb müəllim “Qazilər” çay evində də olmuş, Qarabağ müharibəsi əilləri ilə səmimi söhbət etmiş, onların problemləri ilə maraqlanmışdır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок