Son Xəbərlər:
Qaradağdakı 294 saylı məktəbdə Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir keçirilmişdir

Qaradağdakı 294 saylı məktəbdə Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar növbəti tədbir keçirilmişdir

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar tədbirlər silsiləsindən növbəti tədbir  Qaradağ rayonu Ümid qəsəbəsi 294 №-li tam orta məktəbdə keçirilmişdir.

Tədbirdə Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının sədri Maqsud Heydərli, SHXÇDX-i Qaradağ rayon idarəsinin rəis müavini mayor Rizvan Sadıqov, məktəbin Gənclərin  Çağırışa Hazırlıq fənni üzrə rəhbəri e.o. baş leytenant Mehman Hüseynov və məktəbin direktoru Aynur  Abdullayeva çıxış edərək Mehdi Hüseynzadənin gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsində rolunu xüsusi qeyd etdilər. Mehdi Hüseynzadənin  Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazdığı qeyd olundu. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsi olduğu vurğulandı.

Məktəbin bir qrup fəal şagirdinə «Fəxri Fərman»lar təqdim olundu.

Tədbir boyu ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок