Son Xəbərlər:
Qaradağda şair Aidə Şirinovanın yaradıcılıq gecəsi keçirilmişdir

Qaradağda şair Aidə Şirinovanın yaradıcılıq gecəsi keçirilmişdir

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən E.Həsənov adına 139 saylı tam orta məktəbdə keçmiş Bərdə batalyonunun komandir müavini, müharibə veteranı, şair Aidə Şirinovanın yaradıcılıq gecəsi keçirilmişdir. Tədbirdə məktəbin şagirdləri və Azərbaycan QMƏVŞAİB-in Qaradağ rayon filialının üzvləri iştirak etmişlər.

Dövlət Himninin oxunması ilə başlanan tədbirdə Aidə xanımın keçdiyi döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirildi.

Aidə xanım məktəblilərin suallarına cavablandırdı, onlara öz döyüş xatirələri haqda danışdı.

Təddbirdə məktəbin direktoru İntizar İsmayılova və filialın sədri Maqsud Heydərov çıxış edərək gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu kimi tədbirlərin davamlı olaraq keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirdilər.

Tədbir boyu məktəblilərin ifasında Aidə xanımın yaradıcılığından şeirlər və vətənpərvərlik mövzusunda mahnılar səsləndi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок