Son Xəbərlər:
Qaradağda hərbi-vətənpərvərlik mövzusunda görüş keçirilmişdir

Qaradağda hərbi-vətənpərvərlik mövzusunda görüş keçirilmişdir

2017-ci il Noyabr 27-si Azərbaycan Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Qaradağ rayon filialı  üzvlərinın rayonun Lökbatan  qəsəbəsində yerləşən şəhid Elxan Həsənov adına 139 saylı tam orta məktəbdə  şagirdlərlə hərbi-vətənpərvərlik mövzusunda görüş keçirilmişdir.

Görüşdə Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının  sədr müavini  İsmayılov Əvəz vətənpərvərlik mövzusunda çıxış etmişdir.  Sonra məktəbin  9-cu  sinif şagirdi Babayev İlkin Rəşad oğlu Gürcüstanda keçirilən  sərbəst güləş  çempianatında 65 kq çəki üzrə parlaq qələbəsinə  görə təşkilatımızın  «Fəxri fərman»ı və  qiymətli hədiyyə ilə mükafatlandırılmışdır. İlkin Babayev yarışda rəqibləri üzərində, xüsusilə Ermənistanı təmsil edən nümayəndə üzərində qalib gələrək bayrağımızın qaldırılmasından qürür duyduğunu bildirdi. Görüşdə  fəal iştirak etdiklərinə görə məktəbin direktoru İntizar İsmayılova  tərəfindən Azərbaycan QMƏVŞAİB üzvlərinə  minnətdarlıq bildirilildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок