Son Xəbərlər:
Qaradağda Azərbaycan Xalq  Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

Qaradağda Azərbaycan Xalq Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialı 2018-ci il aprelin 27-də Elxan Həsənov adına 139 saylı tam orta məktəbdə Azərbaycan Xalq  Cümhuriyyəti və Milli Ordunun yaranmasının 100 illiyi ilə əlaqədar tədbirlər silsiləsindən növbəti tədbiri keçirmişdir.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqiqəlik sükutla yad edilmişdir.

Filial sədri Maqsud Heydərov çıxış edərək Azərbaycan  Ordusunun dövlət müstəqilliyimizin ən dəyərli töhvələrində biri olduğunu qeyd etmiş,  milli ordu quruculuğunda görülən işlər sayəsində ordumuzun dünyanın ən güclü 50 ordusu sırasına daxil olduğunu bildirmişdir.

Tədbirdə iştirak edən müharibə veteranları keçdikləri döyüş yolu haqqında xatirələrini məktəblilərlə bölüşmüşlər. Şəhid Elxan Həsənovun anası Zeynəb xanıma ictimai birlik tərəfindən qiymətli hədiyyə təqdim edilmişdir.

Tədbirdə   məktəblilərin ifasında  hərbi-vətənpərvərlik mövzulu ədəbi kompozisiyalar nümayiş etdirilmiş və fəal şagirdlərə «Fəxri Fərman»lar təqdim olunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок