Son Xəbərlər:
Qaradağ rayonundakı N saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

Qaradağ rayonundakı N saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir

2018-ci il noyabrın 9-u Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən N saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir.

Hərbi hissənin komandiri andiçmə mərasimində iştirak edən əsgər və valideynləri salamladı. Sonra döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirildi. Bunun ardınca Vətən uğrunda həlak olan hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, dövlət himni səsləndi. Daha sonra gənc əsgərlər and içdilər.

Tədbirdə Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialının sədri Maqsud Heydərov çıxış edərək əsgərləri salamladı və keçirilən andiçmə mərasimi ilə əlaqədar onları təbrik etdi. Sonra 9 noyabr – “Dövlət Bayrağı Günü” münasibətilə keçirilən “Mənim üçrəngli bayrağım” mövzusunda müsabiqədə fəal iştirak edən hərbi hissənin əsgərləri Məmmədli Ziya Xanlar oğlu, Əmrahov İdris Valeh oğlu, Fərəhov Allahverdi Sahibəli oğlu fəxri fərmanlarla təltif olundular və onlara qiymətli hədiyyələr təqdim olundu.

Təltif olunanlar sırasında hərbi hissənin komandiri, polkovnik-leytenant Hüseynov Zahid da var idi; o, bayram tədbirində hərbi hissənin şəxsi heyətinin fəal iştirakının təşkilinə görə “Fəxri fərman”la təltif olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок