Son Xəbərlər:
Qaradağ rayonundakı məktəbdə Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir

Qaradağ rayonundakı məktəbdə Mehdi Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar Qaradağ rayonunda E.Həsənov adına 139 saylı məktəbdə tədbir keçirilmişdir. Cəsur kəşfiyyatçının 100 illik yubileyi münasibətilə məktəb kollektivi, müharibə iştirakçıları və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.

Sonra qəhrəmanın şərəfli həyat yolu haqqında məktəbin tarix müəllimi Zöhrə müəllimə ətraflı məlumat verdi. Vurğulandı ki, Mehdi Hüseynzadə çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb. O, Azərbaycan xalqının zəngin tarixi hünər salnaməsinə şanlı səhifələr yazıb. Yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizi layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.

Çıxış edənlər Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri İctimai Birliyi Qaradag filialının sədri Maqsud Heydərov, məktəbin direktoru İntizar İsmayılova Mehdi Hüseynzadənin gənc nəslin hərbi- vətənpərvərlik tərbiyəsində rolunu xüsusi qeyd etdilər. Tədbirdə məktəbin bir qrup fəal şagirdlərinə «Fəxri fərman»lar təqdim olundu.

Tədbir boyu məktəblilər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar nümayiş etdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок