Son Xəbərlər:
Qaradağ rayonundakı hərbi hissədə Silahlı Qüvvələr günü qeyd olundu

Qaradağ rayonundakı hərbi hissədə Silahlı Qüvvələr günü qeyd olundu

Qaradağ rayonunda yerləşən N saylı hərbi hissədə rayonda yaşayan bir qrup  müharibə əlilləri və veteranlarının iştirakı ilə 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə tədbir keçirilmişdir.

Tədbirdə  millət vəkili Aydın Hüseynov çıxış edərək Azərbaycan Ordusunun dünyanın ən güclü 50 ordusu sırasında yer tutduğunu  qeyd etmiş, tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmişdir.

Hərbi hissə rəhbəri polkovnik-leytenant Zahid Hüseynov çıxış edərək qonaqlara təşəkkur etmiş və hərbi hissədə mütəmadi olaraq vətənpərvərlik mövzulu tədbirlərin iştirakçılarını fəxri fərmanlarla təltif etmisdir. Təltif olunanlar içərisində  Azərbaycan QMƏVŞAİB-in Qaradağ rayon filialının sədri Maqsud Heydərov da var idi.

Tədbir  Lökbatan qəsəbəsi Əli Əmirov adına Mədəniyyət evinin incəsənət ustalarinin maraqlı konsert proqramı ilə davam etdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок