HomeBütün XəbərlərDağlıq Qarabağ MünaqişəsiQaradağ rayonunda şagirdlərlə görüş keçirildi.

Qaradağ rayonunda şagirdlərlə görüş keçirildi.

Qaradağ rayonunda şagirdlərlə görüş keçirildi.

24 Noyabr 2016-cı ildə Qarabağ rayonun Ümid qəsəbəsində yerləşən 294 saylı tam orta məktəbdə Azərbaycan Qarabağ müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qaradağ rayon filialının şagirdlərlə növbəti görüşü keçirilmişdir.
Görüşə dəvət olunuş İstefada olan general-mayor Tacəddin Mehdiyev, Bakı şəhər Baş Təhsil İdarəsinin metodisti. müharibə veteranı Mürsəl Qurbanov, Azərbaycan Təhsil İşçilərinin Azad HİK-nin Qaradağ Komitəsinin sədri Zümrüd Rzayeva şagirdlər qarşısında çıxış etmişlər.
Azərbaycan Qarabağ müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qaradağ rayon filialının sədri II qrup Qarabağ müharibəsi əlili Heydərov Maqsud tədbirdə iştirak edən qonaqlara məktəblərdə keçirilən hərbi-vətənpərvərlik mövzusunda tədbirlərin əhəmiyyəti haqda məlumat vermiş, bu kimi tədbirlərin bütün məktəblərdə keçirilməsinin vacib olduğunu qeyd etmişdir.
Məktəbin Gənclərin Çağırışa Hazırlıq üzrə rəhbəri, müharibə veteranı Hüseynov Mehman Həsən oğlu, eləcə də təhsildə və idman yarışlarında fəal iştirak edən bir qrup şagird Azərbaycan Qarabağ müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin fəxri fərmanı ilə təltif edilmişdir.Görüşdə məktəbin fəal şagirdləri vətənpərvərlik mövzusunda şeirlər söyləmiş,ədəbi kompozisiyalar nümayiş etdirmişlər.
Bakı şəhər Baş Təhsil İdarəsinin metodisti Mürsəl Qurbanov Azərbaycan Qarabağ Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Qaradağ rayon filialı üzvlərinın məktəblərdə keçirdiyi görüşlərin səmərəliliyini xüsusi qeyd edərək Bakı şəhəri üzrə hərbyönümlü məktəblərə daxilolma göstəricisinə görə Qaradağ rayonun birinci olmasını bildirmişdir.
Keçirilmiş görüşə görə məktəbin direktoru Lacın Hüseynli öz təşəkkürünü bildirmiş, məktəblərdə gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində müharibə veteranları ilə görüşlərin davamlı olmasını arzulamışdır.