Son Xəbərlər:
Qaradağ rayonunda E.Həsənov adına 139 saylı  tam orta məktəbdə vətənpərvərlik  mövzusunda tədbir keçirilmişdir

Qaradağ rayonunda E.Həsənov adına 139 saylı tam orta məktəbdə vətənpərvərlik mövzusunda tədbir keçirilmişdir

Tədbirdə  Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Qaradağ rayon filialının sədri Maqsud Heydərov, müharibə veteranları Əli Məmmədov və aprel döyüşlərinin iştirakçısı Röyal Əşrəfov çıxış etmişlər. Çıxışlarda Azərbaycan Ordusunun  dünyanın ən güclü orduları sırasında yer tutduğu qeyd olunmuş, ölkəmizin müdafiə qüdrətinin artırılması üçün dövlət tərəfindən atılan addımlar vurğulanmışdır.

Tədbirdə məktəbliləri maraqlandıran suallara cavablarla diakussiyalar aparılmışdır. Azərbaycan QMƏVŞAİB-in Qaradağ filialının tədbirlərində fəallıq göstərdiklərinə görə məktəbin direktor müavini Marina Hüseynli filial tərəfindən mükafatlandırıldı.

Məktəbin direktoru İntizar İsmayılova məktəbdə keçirilən vətənpərvərlik tədbirlərində fəal iştirakina  görə filial rəhbərliyinə təşəkkürünü bildirdi.

Tədbirdə məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyalar ifa edilmişdir

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок