Son Xəbərlər:
“Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirilmişdir

“Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirilmişdir

16 noyabr 2015-ci il Bakı şəhərində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslər” layihəsi çərçivəsində “Qarabağ müharibəsi statuslu insanların sosial vəziyyətinin yaxşılaşdırılmasına dair təşəbbüslərin dəstəklənməsi” mövzusunda dəyirmi masa keçirmişdir.

Tədbirdə Qarabağ müharibəsi əlilləri və veteranlarının övladları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev, Azərbaycan Çernobıl İttifaqı ictimai birliyinin sədri Mirhəsən Həsənov, Veteran qəzetinin baş redaktoru Qafar Nuriyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Aris Məmmədov iştirak etmişlər.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev tədbiri açıq elan edərək iştirakçıları salamladı. O, öz çıxışına tədbirin məqsədi barədə açıqlamasından başlayaraq demişdir: ”Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət dəstəyi şurasının təşəbbüsü ilə keçirdiyimiz layihədə Şəhid ailələri və Qarabağ müharibəsi veteranlarının övladlarının məşğul olduqları 6 aylıq kompüter kursları başa çatmışdır. Bu dövrdə onlar mühüm kompüter proqramlarını mənimsəmişlər. Bununla əlaqədar olaraq onları səmimi qəlbdən təbrik edir və bildirmək istəyirəm ki, gələcəkdə onların işlə təmin olunmaları üçün əlimizdən gələni etməyə hazırıq. Bu təşkilat onların təşkilatıdır, istədikləri vaxt bizə müraciət edə bilərlər. Biz də onlara əlimizdən gələn köməkliyi əsirgəməyəcəyik”.

Sonra Azərbaycan Çernobil İttifaqı ictimai birliyinin sədri Mirhəsən Həsənov çıxış edərək dedi:
– Mən də bu əziz balaları səmimi qəlbdən təbrik edir, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzu edirəm. Sizə də, Mehdi müəllim, belə bir layihə keçirdiyiniz üçün minnətdaram.

“Veteran” qəzetinin baş redaktoru Qafar Nuriyev çıxış edərək bildirdi:
– Burada deyilən təbriklərə qoşularaq əziz balalarımızı ürəkdən təbrik edir və gələcək həyatlarında müvəffəqiyyətlər arzu edirəm.

Daha sonra kompüter kurslarının iştirakçısı İzabella Qurbanlı layihənin təşkili üçün birliyin müdiriyyətinə öz minnətdarlığını bildirdi. Digər kurs iştirakçısı Lamiyə Məmmədli isə bu layihənin davamlı olaraq keçirilməsini təklif etdi.

Sonda Mehdi Mehdiyev kursu müvəffəqiyyətlə bitirənlərə sertifikat təqdim etdi.

Tədbir iştirakçıları üçün şirniyyatlı çay stolu da təşkil edilmişdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок