Son Xəbərlər:
Qarabağ müharibəsi iştirakçılarının “Əsgərə məktub”ları

Qarabağ müharibəsi iştirakçılarının “Əsgərə məktub”ları

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev və bir qrup üzvü C.Naxçivanski adına Hərbi Lisetdə kursantlarla görüşmüşlər. Görüşdə Qarabağ müharibəsi veteranları və kursantlar tərəfindən cəbhə zonalarında xidmət edən əsgərlərə ünvanlanmış məktublar yazıldı.

Qarabağ müharibəsi əlili Babək Aslanov tərəfindən “Əsgərə məktub”:

Qarabağ müharibəsi əlili Babək Aslanov tərəfindən “Əsgərə məktub”:
– Salam Azərbaycan əsgəri! Vətən oğulları!
Mən, Aslanov Babək Qafar oğlu 1991-ci ildən 1995-ci ilə qədər Azərbaycanımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm. 1994-cü ilin aprel ayının 21-də Lələtəpə uğrunda gedən döyüşlərdə yaralanmışam. Laçın rayonunda doğulmuşam.
Mən arzu edirəm, o gün olsun Ali Baş Komandanımız, cənab prezidentimizin rəhbərliyi, qüdrətli ordumuzun və biz keçmiş döyüşçülərin iştirtakı ilə üçrəngli bayrağımız işğal olunmuş torpaqlarımızda sancılsın.

Qarabağ müharibəsi veteranı Bəhram Seyidov tərəfindən “Əsgərə məktub”:
– Salam, əsgər balam. Allah-taala hamınızı qorusun.
Əziz əsgər balalarımız. Sizə dua edirik. Arzumuz budur ki, sağ-salamat evinizə qayıdasınız.
Mən fəxr edirəm ki, mənim qardaşlarım əsgərdir. Allah sizləri qorusun, yardımınız olsun!

II qrup Qarabağ müharibəsi əlili Vəfalı Şəfiyev tərəfindən “Əsgərə məktub”:
– Səngərdə dayanmağın nə olduğunu bizlər çox yaxşı bilirik. Sizə möhkəm dayanmağı arzu edirik. Gün o gün osun ki, sizləri Qarabağın cənnət guşələrində görək. Üçrəngli bayrağımızı işğal olunmuş hər bir rayonumuzda sancmağınızı arzu edirəm. Möhkəm dayanmaq siz əsgərlərdən asılıdır. İnşallah, yaxın zamanlarda torpaqlarımız işğal altından azad olar. Bizim əsgərlərimiz güclüdür, yenilməzdir. Var olsun Azərbaycan əsgəri!

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок