Son Xəbərlər:
Qarabağ müharibəsi əlillərinə  daha 50 avtomobil təqdim olundu

Qarabağ müharibəsi əlillərinə daha 50 avtomobil təqdim olundu

Bu gün iyulun 24-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti 50 minik maşını ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə təqdim edildi. Avtomobillərin sənədlərini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və Azərbaycan QMƏVŞAİB-in sədri, e.o. polkovnik Mehdi Mehdiyev təqdim etdi.

Cənab Mətin Kərimli tədbirdə çıxış edərək Qarabağ müharibəsi əlillərinə və imtiyazlı şəsxlərə dövlətimiz tərəfindən göstərilən qayğının davamlı olaraq həyata keçirildiyini, keçən il ərzində 265  avtomobilin təqdim edildiyini, bu il isə bu sayın  dəfələrlə artdığını qeyd etdi.  “Cənab prezident bu məqsədlə əlavə olaraq  5 milyon manat vəsait ayırıb. Və bu da bizə imkan verir ki, il ərzində bu kateqoriyadan olan vətəndaşlarımıza 600 avtomobil təqdim edək. Ümumiyyyətlə, indiyə kimi Qarabağ müharibəsi əlillərinə 6500-dən çox avtomobil təqdim olunub və bu proses hələ də davam edir. Əlbəttə ki, buna görə bizim hər birimiz cənab prezidentə minnətdarıq, ona təşəkkür edirik” – deyə nazir müavini bildirib.

Sonra söz cənab Mehdi Mehdiyevə verildi. O, yeni avtomobil sahibi olan Qarabağ əlillərini təbrik etdi və dövlət qayğısının ildən ilə nəinki kəmiyyətcə, həm də keyfiyyətcə yüksəldiyini vurğuladı. “Bu gün verilən avtomobillər müasir avtomobillərdir. Həm texniki baxımdan, həm də keyfiyyət baxımından etibarlıdır. Hər birinin içində kondisioner sistemi var. Mən hamınızı ürəkdən təbrik edirəm. Arzu edirəm tezliklə işğal altında olan torpaqlarımızı azad edək və bu maşınlarla yürüş edib növbəti tədbirimizi Qarabağ torpaqlarında keçirək.”

Daha sonra avtomobillər siyahı üzrə öz sahiblərinə təqdim olundu.

Tədbirdən sonra Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Azərbaycan QMƏVŞAİB-in baş idarəsində olmuş, ictimai birliyin iş şəraiti ilə maraqlanmışdır. Qonağa hədiyyə olaraq Azərbaycan QMƏVŞAİB-in stolüstü nişanı təqdim edilmiş, xatirə şəkli çəkilmişdir. Cənab Mətin Kərimli ictimai birliyin xatirə kitabında öz ürək sözlərini qeyd etmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок