Son Xəbərlər:
Qarabağ döyüşlərində itkin düşmüş Biləsuvarlı döyüşçülərin XATİRƏ lövhəsinin açılış mərasimi keçirilmişdir

Qarabağ döyüşlərində itkin düşmüş Biləsuvarlı döyüşçülərin XATİRƏ lövhəsinin açılış mərasimi keçirilmişdir

2018-ci il iyulun 22-si Biləsuvar rayon İcra Hakimiyyətinin, Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin və Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının birgə təşkilatçılığı ilə Biləsuvar rayonu üzrə Qarabağ döyüşlərində itkin düşmüş döyüşçülərin XATİRƏ lövhəsinin açılış mərasimi keçirilmişdir.

Mərasimdə Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova, Beynəlxalq Qızıl Xaç Komitəsinin itkin ailələri üzrə müşaiyət proqramının koordinatoru, “LOQOS” psixologiya mərkəzinin baş psixoloqu Elmira Mirzəyeva, filialın sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev və itkin düşmüş döyüşçülərin ailələri iştirak edirdilər.

Tədbirin sonunda itkin düşmüş şəxslərin ailə üzvlərinin iştirakı ilə ehsan süfrəsi təşkil olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок