Son Xəbərlər:
“Qarabağ Azərbaycandır və nida” devizi altında yürüş keçirilmişdir

“Qarabağ Azərbaycandır və nida” devizi altında yürüş keçirilmişdir

Azırbaycan Respublikasının Müdafiə Nazirliyi və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin birgə təşkilatçılığı ilə Dövlət Bayrağı günü münasibətilə “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında yürüş keçirilmişdir.

Müdafiə Nazirliyindən xəbər verirlər ki, yürüşdə Müdafiə Nazirliyinin və Azərbaycan QMƏVŞAİB-in nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları, həmçinin ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

İştirakçılar Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin «Valday» Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı səsləndirdiyi «Qarabağ Azərbaycandır və nida işarəsi» fikrinə dəstək olaraq yürüş boyunca Bakıdan Tərtərə, Qazaxdan Gəncəyə, Biləsuvardan Beyləqana gedən avtomobil yollarının üzərində yerləşən şəhər və rayonlardakı şəhidlər xiyabanlarını ziyarət edmiş, şəhidlərin xatirəsini ehtiramla yad etmişlər. Yürüşdə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar səsyazma avtomobili vasitəsilə zəfər marşı səsləndirilmişdir.

Tədbir iştirakçıları həmçinin düşmənlə sərhəddə yerləşən “N” saylı hərbi hissənin əsgər və zabit heyəti ilə görüşmüş, onları bayram münasibətilə təbrik etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок