Son Xəbərlər:
Qara Qarayevn 100 illiyik yubileyinə həsr olunmuş “Yeddi Səsdən Doğan Sərvət – Elm və Musiqi” layihəsi keçirilib

Qara Qarayevn 100 illiyik yubileyinə həsr olunmuş “Yeddi Səsdən Doğan Sərvət – Elm və Musiqi” layihəsi keçirilib

Dahi Azərbaycan bəstəkarı Qara Qarayevn 100 illiyik yubileyinə həsr olunmuş “Yeddi Səsdən Doğan Sərvət – Elm və Musiqi” layihəsi keçirilib. Azərbaycan Dillər Universitetinin akt zalında baş tutan tədbir «Mədəni Əlaqələrin İnkişafına Dəstək» ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə olmuşdur.

Tədbiri giriş sözü ilə açan ictimai birliyinin sədri İlahə Qismət təşkilatın fəaliyyəti, layihə haqqında ətraflı məlumat verdi. O bildirdi ki, Azərbaycan Dillər Universiteti, «Mədəni Əlaqələrin İnkişafına Dəstək» ictimai birliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və QHT Şurasının birgə təşkilati dəstəyilə keçirilən layihə dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə ithaf olunub. İlahə xanım layihənin hazırlanmasında əməyi olan qurumlara öz təşəkkürünü bildirdi.

Daha sonra Azərbaycan Dillər Uniiversitetinin məsul şəxsi Bədirə xanım Kərimova çıxış edərək Qara Qarayev yaradıcılığına qısa nəzər saldı.

Tədbir əsnasında öncə Q.Qarayevin həyat və yaradıcılığına həsr olunmuş video-çarx, musiqili konsert proqramı və müsabiqə əsasında fəxri yerlər tutmuş musiqişünasların çıxışları səsləndirildi. Musiqi repertuarında Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında bəstəkarın seçilmiş əsərlərilə yanaşı, Qarayev məktəbinin davamçıları və gənc bəstəkarların əsərləri də yer almışdı. Belə ki, səhnədə Qara Qarayevin «Eskiz», «Violin və fortepiano üçün sonata», “Prelüd”, Aydın Əzimovun «Violin və fortepiano üçün sonata-poema», Arif Məlikovun «Prelüd», Vasif Adıgözəlovun «Laylay», İlahə Qismətin «Xatirələr» romansı, Aysel Hacıyevanın «Mavi gözlüm» romansı, Nigar Əliyevanın «Soyqırım» kvinteti, Vüqar Məmmədzadənin «Kvartet» əsərləri ifa olundu.

Qeyd edək ki, tədbirdə Q.Qarayev sinfinin yetirməsi, bəstəkar Aydın Əzimovun öz müəllimi haqqında dəyərli fikirləri dinləyicilərin marağına səbəb olmuşdur.

Layihə çərçivəsində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin hazırladıqları “Q.Qarayev -100” adlı sərgi də nümayiş etdirilmişdir.

Tədbirin sonunda MƏİDİB-in sədri İlahə Qismət, professor Aydın Əzimov və ADU-nun Təhsil fakultəsinin dekan müavini Bədirə Kərimova tərəfindən  layihənin 15 fəal iştirakçısı diplom və hədiyyələrlə mükafatlandırıldılar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок