Son Xəbərlər:
Qəlbimizdə özünə əbədi heykəl ucaldan qəhrəman

Qəlbimizdə özünə əbədi heykəl ucaldan qəhrəman

Ağcabədi şəhərindəki Bayraq müzeyində Yeni Azərbaycan Partiyasının rayon təşkilatının və N saylı hərbi hissənin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı şəhid Mübariz İbrahimovun doğum günü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Bayraq muzeyinin foyesində Mübariz İbrahimova həsr edilmiş sərgi ilə tanış oldular. N saylı hərbi hissənin zabit və əsgərlərinin, Qarabağ muharibəsi veteranlarının, məktəblilərin və rayonun ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Mübariz İbrahimovun, həmçinin respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının sədri Radə Qafarova çıxış edərək, Milli Qəhrəmanın həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışdı. O bildirdi ki, 22 yaşlı gənc öz mərdliyi ilə hər kəsi heyrətləndirə və özünə xalqımızın qəlbində əbədi heykəl ucalda bilib.

N saylı hərbi hissənin zabiti İftixar Mehdiyev M.İbrahimovun keçdiyi döyüş yolundan, ölkə başçısı İlham Əliyevin milli qəhrəmanlarımıza verdiyi yüksək dəyərdən danışaraq hərbi vətənpərvərlik sahəsində aparılan işlərin vacibliyini vurğuladı.

Ağcabədi rayon Ağsaqqallar Şurasınn sədri Əlizadə Nəcəfov,YAP rayon təşkilatının baş məsləhətçisi, muharibə veteranı  Azərbaycan QMƏVŞAİB-in  üzvü Mehman Novruzov, rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Axundov, gənc əsgər Mirhadi Səmidzadə, şəhid ailələri adından Nüşabə İbrahimova, Heydər Əliyev Mərkəzinin əməkdaşı Nurlan Piriyev çıxış edərək, Azərbaycan əsgərinin rəşadətindən, silahlı qüvvələrin inkişafından söz açıb, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan ordusunun gücü sayəsində işğal altında olan bütün torpaqlarımızın azad olunacağına əminliklərini ifadə etdilər.

Anım tədbirində Azərbaycan QMƏVŞAİB-in Ağcabədi filialının sədri İsmayıl Məhərrəmov və birliyin fəal üzvləri yaxından iştrak etmişlər.

Azərbaycan QMƏVŞAİB-in Ağcabədi filialının üzvü Mehman Novruzov tədbirin təşkilində yaxında iştrak etdiyinə görə N saylı hərbi  hissənin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Tədbirlərdə Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunmuş, Milli Qəhrəmana həsr olunmuş şeirlər səsləndirilmişdir.

İştirakçılar sonda Milli Qəhrəman Mübariz İbrahimova həsr olunmuş filmə baxmışlar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок