Son Xəbərlər:
«Qəhramanlar unudulmur» devizi altında keçirilən mini futbol turniri başa çatdı

«Qəhramanlar unudulmur» devizi altında keçirilən mini futbol turniri başa çatdı

2019-cu il oktyabrın 1-4 tarixlərdə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Gəncliyin Təşəbbüsü Maarifləndirmə ictimai birliyi «Aprel Şəhidlərimizi Tanıyaq və Tanıdaq» layihəsinin icrası çərçivəsində Qazax Olimpiya İdman Kompleksində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Orucov Mühid Qurban oğlu, Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsinə həsr olunmuş mini futbol üzrə turnir keçirilmişdir.

2019-cu il oktyabrın 4-ündə keçirillən final görüşləri öncəsi Azərbaycan Respublikasının suverenliyi və Qarabağ müharibəsində şəhid olmuş bütün qəhramanların xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Daha sonra layihənin rəhbəri, əməkdar məşqçi Azər Əliyev çıxış edərək turnir və donor təşkilat haqda ətraflı məlumat verdi, final iştirakçılarına uğurlar arzuladı.

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədr müavini Namiq Alıyev çıxış edərək şəhidlərimizin şərəfli döyüş yolları haqda danışmış, gənclərə uğurlar arzulamışdır.

Qazax rayon təhsil şöbəsinin əməkdaşları Orxan Əliyev, Məmməd Məmmədov və Canallı kənd məktəbinin direktoru Pərviz Alməmmədov çıxış edərək bu turnirin gənclərin asudə vaxtlarının səmərəli keçməsində önəmli rol oynadığı barədə danışdılar və turnir iştirakçılarına uğurlar arzuladılar.

Qazax Gənclərin İnkişaf və Karyera mərkəzinin inzibati işlər üzrə koordinatoru Abdulla İsayev layihənin gənclər üçün böyük önəmi haqda danışdı.

Şəhid Mühid Orucovun qardaşi Elbəy Orucov, şəhid Elvin Namazovun atası Məmməd Namazov, şəhid Orxan Əliyevin atası Məhəmməd Əliyev çıxış edərək turnirin təşkilatçılarına öz minnətdarlıqlarını bildirdilər, gənclərə uğurlar arzuladılar.

Çıxışlardan sonra final ğörüşünə start verildi. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə  Şəhər № 2 komandası Aşağı Salahlı komandasına 2:0 hesabı ilə qalib gələrək turnirin qalibi oldular. Yekun nəticələr aşağıdakı kimi olmuşdur:

I yer — Şəhər № 2

II yer — Aşağı Salahlı

III yer – Qazaxbəyli

Qalib komandaların üzvləri diplom və medalllarla mükafatlandırıldılar.

Turnirdə ümumilikdə 500 nəfər birbaşa, 30 000 nəfər isə dolayısı ilə bəhrələndilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок