Son Xəbərlər:
Qəbələ rayon filialında 20 Yanvar hadisələrinə dair tədbir keçirilmişdir

Qəbələ rayon filialında 20 Yanvar hadisələrinə dair tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Qəbələ rayon filialının akt zalında 20 Yanvar hadisələri ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Böyük Vətən müharibəsi iştirakçısı Nazim Mustafayev, Qəbələ İcra Hakimiyyətinin nümayəndəsi Elxam Çusayev və filialın üzvləri iştirak etmişlər.

Çıxış edənlər 1990-cı il yanvarın 19-u və 20-sində Bakıda törədilən qanlı cinayətlərin Ermənistan və Rusiya rəhbərliklərinin siyasətinin davamı olması, xalqımızın başına gətirilən amansızlıqlar, vəhşiliklər, əli silahsız vətəndaşlarımızın qanına qəltan edilməsi haqqında danışdılar.

Tədbirin sonunda altı nəfər filial üzvünə – Qarabağ müharibəsi əlilinə “Vətənpərvərlik işlərində  xidmətlərinə görə” medalı təqdim olundu.

Daha sonra iştirakçılar rayondakı Şəhidlər  Xiyabanını ziyarət etdilər. Şəhidlərimizin ruhuna dualar oxundu, məzarları önünə gül dəstələri düzüldü.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок