Son Xəbərlər:
Pirallahıdakı 186 saylı məktəbdə vətənpərvərlik tədbiri keçirilmişdir

Pirallahıdakı 186 saylı məktəbdə vətənpərvərlik tədbiri keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Pirallahı rayon filialının və  rayon məktəblərinin  birgə təşkilatçılığı ilə 2019-cu il noyabrın 1-də 186 saylı tam orta  məktəbdə “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilmişdir. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak edirdilər.

Çıxış edənlər Azərbaycan prezidenti cənab İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində keçirilmiş “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında dediyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsinin dünyada doqurduğu reaksiyadan danışılmış, ölkəmizin beynəlxalq imicinin ildən-ilə artdığı vurğulanmışdır.

Daha sonra şagirdlərin ifasında vətənpərvərlik ruhlu ədəbi-bədii kompozisiyalar nümayiş etdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок