HomeBütün XəbərlərPirallahıda “Xocalıya ədalət” başlığı altında tədbirlər keçirilmişdir

Pirallahıda “Xocalıya ədalət” başlığı altında tədbirlər keçirilmişdir

Pirallahıda “Xocalıya ədalət” başlığı altında tədbirlər keçirilmişdir

Fevralın 26-sı Pirallahı rayonunda Xocalı soyqırımının 28-cı ildönümünə həsr edilmiş silsilə  tədbirlər keçirilmişdir. “Xocalıya ədalət” başlığı altında təşkil olunan tədbirlərdəAzərbaycan QMƏVŞAİB-in üzvləri  iştirak etmişlər.

Tədbirlər 28 il əvvəl erməni vəhşiliyinə tuş gəlmiş Xocalı soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanməşdır. Çıxış edənlər  ermənilərin Xocalıda törətdikləri soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdilər. Şagirdlər Xocalı soyqırımının 28-cı ildönümünə həsr edilmiş ədəbi-bədii kompazisiyalar nümayiş etdirdilər.