Son Xəbərlər:
Pirallahıda Şuşanın işğal  olunmasının 26-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

Pirallahıda Şuşanın işğal olunmasının 26-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir

2018-ci il mayın 8-də Azərbaycan QMƏVŞAİB Pirallahı rayon filialı 186 saylı orta məktəbdə Şuşanın işğal olunmasının 26-ci ildönümü ilə bağlı tədbir keçirmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Birliyin üzvü öz çıxışında əmin olduğunu bildirdi ki, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qarabağ probleminin həlli istiqamətində apardığı qətiyyətli siyasət, tutduğu prinsipial mövqe sayəsində təkcə Şuşa şəhəri deyil, işğal altında olan digər torpaqlar da qısa müddətdə azad ediləcək və məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar.

Filialın sədri Oruc Mustafayev bu tədbirin təşkili üçün məktəbin direktoru Şakir müəllimə minnətdarlığını bildirir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок