Son Xəbərlər:
Pirallahıda “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol turniri keçirilmişdir

Pirallahıda “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol turniri keçirilmişdir

10-14 aprel 2019-cu il tarixdə Azərbaycan QMƏVŞAİB-in Pirallahı rayon filialı rayonun məktəbliləri arasında “Şəhidlər ölməz, Vətən bölünməz” devizi altında mini futbol üzrə xatirə turnirinin keçirilməsini təşkil etmişdir. Vətən uğrunda bir an tərəddüd etmədən canını fəda etmiş igidlərdən biri, aprel şəhidi, əslən Xocalı rayonunun Meşəli kəndindən olan və ailəsi ilə birlikdə Pirallahı rayonunda müvəqqəti məskunlaşmış Mehralıyev Sarvan Natiq oğludur. O, 8 iyul 1997-ci ildə anadan olmuş, 2014-cü ildə Pirallahı rayonundakı 186 saylı tam orta məktəbi bitirmişdir.

Torpaqlarımızın bütövlüyü uğrunda ən müqəddəs zirvəyə – şəhidlik zirvəsinə ucalan Sarvan Mehralıyevin anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, məktəbin şəhid məzunlarının xatirsənə ucaldılmış xatirə abidəsinin önünə qərənfillər qoyulmuşdur.

Turnir 2019-cu il aprelin 5-də başa catdı. Turnirin qaliblərini Azərbaycan QMƏVŞAİB-in Pirallahı rayon filialı diplomlarla təltif etdi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок