Son Xəbərlər:
Özünüməşğulluq proqramı çərçivəsində son iki gündə 250-dən  çox ailəyə mal və materiallar verilib

Özünüməşğulluq proqramı çərçivəsində son iki gündə 250-dən çox ailəyə mal və materiallar verilib

Cari ildə özünüməşğulluq proqramı çərçivəsində 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamının icrası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində respublikanın rayon və şəhərlərində işsiz və işaxtaran şəxslərə mal və materialların verilməsi prosesi davam edir.

Son iki gündə 250-dək proqram iştirakçısına mal və materiallar təqdim olunub. Bu günə olan məlumata görə, cari ildə özünüməşğulluq proqramı çərçivəsində ölkəmizin bölgələrində artıq 1600-dən çox kiçik ailə təsərrüfatı yaradılıb. Onların böyük əksəriyyəti kənd təsərrüfatı sahələrini (heyvandarlıq, bağçılıq, arıçılıq, istixana və s.) əhatə edir ki, bu da qeyri-neft sektorunun mühüm sahəsi olan aqrar sahədə inkişafa əlavə dəstək verir.

Proqrama cəlb edilən işsiz və işaxtaranlar sırasında əlillliyi olanlara, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə, penitensiar müəssisələrdə cəza çəkməkdən azad  olunanlara və digər həssas qruplara üstünlük verilib.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок