Son Xəbərlər:
Övladlığagötürmə sahəsində qabaqcıl beynəlxalq təcrübə və yerli reallıqlar əsasında yeni idarəetmə modeli hazırlanır

Övladlığagötürmə sahəsində qabaqcıl beynəlxalq təcrübə və yerli reallıqlar əsasında yeni idarəetmə modeli hazırlanır

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsndən vetennamine.az saytına verilən məlumata görə Prezident cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına uyğun olaraq, övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq iş planı əsasında işlər davam etdirilir.

Yaradılmış işçi qrup tərəfindən bır sıra yerli və xarici ekspertlərlə, QHT-lər, həmçinin UNİCEF və digər bir sıra beynəlxalq təşkilatlarla intensiv məsləhətləşmələr aparılır. Bundan əlavə, beynəlxalq konsaltinq şirkəti olan “McKinsey&Company”, valideyn himayəsindən məhrum olmuş uşaqların maraqlarına xidmət etməklə övladlığa götürülmə mövzusunda beynəlxalq təcrübənin araşdırılmasında və tətbiq edilməsində könüllü şəkildə dəstək göstərir. Bu əməkdaşlıq çərçivəsində övladlığagötürmə sahəsində prosesin təkmilləşdirilməsi və bu prosesdə şəffaflıq və çevikliyin təmin edilməsi, stimullaşdırıcı mexanizmlərə dair təkliflərin hazırlanması və s. ilə bağlı beynəlxalq təcrübə öyrənilir.

Hazırda övladlığagötürmə sahəsində qabaqcıl beynəlxalq təcrübə və yerli reallıqlar əsasında yeni idarəetmə modeli hazırlanmaqdadır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок