Son Xəbərlər:
Ötən dövrdə sığorta ödənişi almadıqlarını iddia edən daha 4 vərəsə qəbul olunaraq bu ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Ötən dövrdə sığorta ödənişi almadıqlarını iddia edən daha 4 vərəsə qəbul olunaraq bu ödənişi aldıqlarına dair sənədlər təqdim edilib

Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən vərəsələrdən daha 4 nəfəri — Əliyeva Zərifə Əli qızı, Veysəlov Elçin Aydın oğlu, Binnətova Əkrabə Vəli qızı, Cəfərova Almaz Əli qızı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbər vəzifəli şəxsləri tərəfindən qəbul olunublar.

Həmin vərəsələrə şəhid hərbi qulluqçulara görə əvvəllər onlara sığorta ödənişinin həyata keçirildiyinə dair aidiyyəti qurumların arxivlərindən çıxarılmış təsdiqedici sənədlər təqdim edilib. Təqdim edilən sənədlər sırasına vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına yazılmış imzalı ərizələr, bu ərizələr əsasında notariat kontorlarından sığorta ödənişi alınması üçün verilən vərəsəlik şəhadətnamələri və s. daxildir.

Qəbul zamanı şikayətçilərə müvafiq izahatlar verilib. Şəhid hərbi qulluqçulara görə əvvəllər sığorta ödənişi ilə təmin olunmuş vərəsələrin yenidən birdəfəlik ödəmə almaq hüquqlarının olmadığı diqqətə çatdırılıb.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR ŞÖBƏSİ

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок