Son Xəbərlər:
Oğuz rayonunda Silahlı Qüvvlələr günü münasibəti ilə tədbir keçirilmişdir

Oğuz rayonunda Silahlı Qüvvlələr günü münasibəti ilə tədbir keçirilmişdir

2019-cu il iyunun 25-i Oğuz rayon İcra hakimiyyətində Silahlı Qüvvlələr günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Oğuz rayon filialının sədri M.İsmayılov çıxış etmişdir. O, çıxışında demişdir ki, artıq 21 ildir ki, 26 iyun ölkəmizdə bayram kimi qeyd edilir. Bu günün bayram kimi tarixləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Dünyada nüfuz sahibinə çevrilən Azərbaycan öz inkişaf tempi ilə son illərdə ciddi nailiyyətlər əldə edib, ordu quruculuğunda mühüm addımlar atılıb. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməkdədir.

Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок