Son Xəbərlər:
Oğuz rayonunda çağırışçılar hərbi xidmətə yola salındılar

Oğuz rayonunda çağırışçılar hərbi xidmətə yola salındılar

“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına  uyğun olaraq 10 iyul 2019- cu il tarixdə Oğuz şəhərində yerləşən Mədəniyyət mərkəzində Oğuz rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Oğuz rayon şöbəsinin birgə təşkilatçılığı ilə Oğuzlu çağırışçıların hərbi xidmətə yolasalınma mərasimi keçirilmişdir.

Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, hüquq mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də təhsil işçiləri, ziyalılar, ağsaqqallar, Qarabağ müharibəsi veteranları, valideynlər, ictimaiyyətin, kütləvi informasiya vasitələrinin nümayəndələri  iştirak  etmişlər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad eddilər.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə məruzə ilə çıxış edən SHXÇDX-nin Oğuz rayon şöbəsinin rəisi, polkovnik-leytenant Zöhrab Camalov hərbi sahədə həyata keçirilən islahatlar nəticəsində ordumuzun daha da gücləndiyini, hərbçilərimizin döyüş ruhunun yüksək səviyyədə olduğunu diqqətə çatdırdı.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Eyvaz Qurbanov ölkəmizdə ordu quruculuğu sahəsində qazanılmış uğurlardan söz açaraq hərbi xidmətə yola düşən gənclərə tövsiyələrini verdi. O qeyd etdi ki, bu gün qüdrətli Azərbaycanda Milli Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dövlət müstəqilliyimizi və ərazi bütövlüyümüzü qorumağa qadir qüvvəyə çevrilib.

O, çıxışında Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərindən və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi quruculuq sahəsində həyata keçirdiyi islahatlardan söz açdı. Hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayıb, vətən qarşısında müqəddəs borclarını şərəflə yerinə yetirməyi tövsiyə etdi. Vətəni qorumaq kimi müqəddəs bir borcun yerinə yetirilməsində gənclərə uğurlar diləyib, onların nümunəvi hərbi xidmət keçəcəklərinə dərin inam bəslədiyini söylədi. Hərbi xidmətə yola düşən gənclərin valideynlərinə xoş arzularını çatdırdı.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini bildirərək, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm də mənəvi vəzifə kimi səciyyələndirdi.

Tədbirdə çıxış edən valideynlər övladlarının hərbi xidmətə yola düşdüyünə görə qürur duyduqlarını söylədilər. Silahlı Qüvvələrimizin qüdrəti ilə fəxr etdiyini deyib, bu gün xidmətə yola düşən çağırışçıların da Azərbaycan əsgəri adını uca tutacaqlarına dərin inamlarını ifadə etdilər.

Azərbaycan QMƏVŞAİB-in Oğuz rayon filialının sədri Müşfiq İsmayılıov  çıxış edərək vətənpərvərlik sahəsində görülmüş işlərdən, ordumuzun döyüş qabiliyyətinin artırılmasından, maddi-texniki təchizatının yaxşılaşdırılmasından, o cümlədən hərbi qulluqçuların sosial müdafiəsi tədbirlərinin gücləndirilməsindən, ölkə rəhbərinin hərbiçilərə, şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərdiyi diqqət və qayğıdan ətraflı danışmışdır.

O, çıxışında göstərilən bu diqqət və qayğıya görə Oğuzun şəhid ailələri, müharibə əlilləri və veteranları adından ölkə rəhbərinə, cənab prezident İlham Əliyevə öz dərin minnətdarlığını və təşəkkürünü bildirmişdir.

M.İsmayılov hərbi xidmət zamanı qazandığı təcrübəni çağırışçılarla bölüşərək onlara dəyanətli, əzmkar olmağı, Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin əmr və tapşırıqlarını vaxtında və dəqiq yerinə yetirmələrini, hərbin sirlərini mükəmməl öyrənməyi, qətiyyətlə və vicdanla Vətənə xidmət etməyi, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı tövsiyə etmiş, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirərək gənclərə şərəflə xidmət etməyi arzulamışdır.

Həyatda hər şeydən əziz olan Ana Vətənlə bağlı hər bir tapşırıq onun gənc övladları üçün ən şərəfli və ülvi bir vəzifə olduğunu qeyd edərək  ehtiyata buraxılsa da bir müharibə veteranı kimi  hər an Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşə hazır olduğunu bildirmişdir.

Tədbirdə vətənpərvər ruhda kompozisiya təqdim olunmuş və sonda Dövlət Bayrağını öpən çağırışçılar hərbi xidmətə yola salınmışlar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок