Son Xəbərlər:
Novruz bayramı münasibətilə Qarabağ müharibəsi statuslu insanlara təbrik

Novruz bayramı münasibətilə Qarabağ müharibəsi statuslu insanlara təbrik

Hörmətli şəhid ailələri və döyüşçü qardaşlarım!

Sizi Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram. Azərbaycan torpağında qədim kökləri olan Novruz bayramı ənənəvi dəyərlər sistemimizin təşəkkülündə xüsusi yer tutur. Əcdadlarımızın  müqəddəs yadigarı kimi bu bayram təbiətin oyanmasına təsadüf edir. Novruz bayramı ərəfəsində ənənəvi olaraq Azərbaycan Respublikasnın Prezidenti cənab İlham Əliyev həmişə olduğu kimi Qarabağ müharibəsi statusuna malik olan insanların da sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamatində, habelə bu qəbildən olan insanların mənzillə təmin olunması ilə əlaqədar əlavə vəsaitin ayrılması, təqaüdlərin atrırılması üçün Sərəncamlar imzalamışdır.

Dünyada iqtisadi böhrana baxmayaraq, Azərbaycanda sosial yönümlü layihələr uğurla həyata keçirilir.

Novruz bayramı münasibətilə mən hamınıza bahar əhval-ruhiyyəsi, işğal altında olan torpaqlarımızı  tezliklə azad etməyimizi və müstəqil Azərbaycanın inkişafı istiqamətində fəallıq göstərməyinizi arzu edirəm.

Qoy bu bayram hər bir ailəyə bol ruzi-bərəkət və xoş ovqat gətirsin!

Novruz bayramınız mübarək olsun!

 

Mehdi MEHDİYEV
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları  və Şəhid Ailələri
ictimai birliyinin sədri

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок