HomeBütün XəbərlərNovruz bayramı münasibətilə Qarabağ müharibəsi statuslu insanlara təbrik

Novruz bayramı münasibətilə Qarabağ müharibəsi statuslu insanlara təbrik

Novruz bayramı münasibətilə Qarabağ müharibəsi statuslu insanlara təbrik

Hörmətli şəhid ailələri və döyüşçü qardaşlarım!

Sizi və ailə üzvlərinizi Novruz bayramı münasibətilə təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı,  süfrənizə ruzi-bərəkət və firavanlıq arzulayıram.

Novruz bayramı hər bir azərbaycanlı üçün ən əziz bayramlardan biridir, bu bayram qədim tarixi köklərə malik olub xalqımızın ənənəvi dəyərlər sisteminin təşəkkülündə xüsusi yer tutur. Novruzun gəlişi təbiətin oyandığı dövrə  təsadüf edir. Təssüf ki, bu il dünyada yayılmış koronavirus səbəbindən dövlətimizin qabaqlayıcı tədbirlərindən biri kimi kütləvi bayram şənliklərinin keçirilməyəcəyinə qərar verilmişdir, lakin hər bir azərbaycanlı öz ailəsi ilə bu bayramı evində qeyd edəcək.

Əziz həmvətənlərim!

Novruz bayramı münasibətilə mən hamınıza bahar əhval-ruhiyyəsi, Azərbaycanın ərazi bütövlüyünü tezliklə bərpa etməyimizi, xəstəliklərdən uzaq olmağınızı və ölkəmizin inkişafı naminə fəallıq göstərməyinizi arzu edirəm.

 Novruz bayramınız mübarək olsun!

Mehdi MEHDİYEV

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,
Veteranları  və Şəhid Ailələri
ictimai birliyinin sədri