2 Fevral – Gənclər günü münasibətilə 2019-cu il fevralın 4-ü Azərbaycan Gənclər Fondunun dəstəyi ilə YAP Nizami rayon təşkilatında Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialı ilə birgə «Xüsusi qayğıya ehtiyacı olan yaradıcı gənclərin cəmiyyətə tanıdılması məqsədilə onların sərgilərinin təşkili» mövzusunda tədbir keçirilmişdir. Gənclərin sərgidə satılan bir neçə əl işi xüsusi marağa səbəb olmuş və filialın üzvləri tərəfindən alınmışdır.
