HomeBütün XəbərlərNizami rayonunda şəhidllərin xatirəsinə həsr olunmuş “8 oğul istərəm” adlı filmin təqdimat mərasimi keçirilib

Nizami rayonunda şəhidllərin xatirəsinə həsr olunmuş “8 oğul istərəm” adlı filmin təqdimat mərasimi keçirilib

Nizami rayonunda şəhidllərin xatirəsinə həsr olunmuş “8 oğul istərəm” adlı filmin təqdimat mərasimi keçirilib

14 fevral 2020-ci il tarixində 10 №-li tam orta məktəbdə 1997-ci ildə düşmənə əsir düşməmək üçün özlərini şəhid edən kəşfiyyatçılarımızın əziz xatirəsinə həsr olunmuş “8 oğul istərəm” adlı filmin təqdimat mərasimi keçirilib.

Tədbirdə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, kəşfiyyatçlarımızın ailə üzvləri, yeganə sağ qalan qazi Aqil Əhmədov, onların komandiri ehtiyatda olan polkovnik Xətai Baxışov, “Milli Mədəniyyətin Təbliği” ictimai birliyinin sədri, jurnalist Jalə Cəfərova, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak edib.

Öncə tədbir iştirakçıları tərəfindən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Əvvəlcə məktəbin müəllimi Familə Aslanlının rəhbərliyi ilə məktəblilərin səhnələşdirdikləri ədəbi-bədii kompozisiya, sonra isə rejissor Nicat Cəlilovun çəkdiyi  “8 oğul istərəm” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən məktəbin direktoru Leyla Məmmədova haqqında söhbət gedən şəhidlərimiz barədə jurnalist Jalə Cəfərovanın “Əbədi yaşayanlar” adlı kitab yazdığını diqqətə çatdıraraq, həmin şəhidlərdən biri olan Elxan Ağayevin bu məktəbdə təhsil alması ilə qürur hissi keçirdiklərini və onun qəhrəmanlığını əks etdirən güşə yaratdıqlarını qeyd edib. Daha sonra, Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, hadisənin yeganə şahidi, taleyin hökmü ilə sağ qalan, 2 ilə yaxın erməni əsirliyində dəhşətli əzablara sinə gərən Aqil Əhmədov, filmin rejissoru Nicat Cəlilov, jurnalist Jalə Cəfərova, polkovnik Xətai Baxışov, polkovnik Hikmət Ağayev, Qarabağ qaziləri – Əli Mehdiyev, Hüseyn Həsənov, “Vətən uğrunda” qəzetinin baş redaktoru, Qarabağ qazisi Rövşən Əhmədli, Elxan Ağayevin qardaşı İlham Ağayev, şəhidlərin valideynləri ölümləri ilə ölümsüzlük qazanan şəhidlərimizin ulu öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsindən, ötən 23 il ərzində şəhidlərlə bağlı görülən işlərdən, hər il aprel və oktyabr aylarında II Şəhidlər Xiyabanında keçirilən anım mərasimlərindən danışıblar.

Tədbir iştirakçıları şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların əsl vətənpərvər kimi böyüməsində belə görüşlərin keçirilməsinin böyük əhəmiyyəti olduğunu vurğulayıblar.