Son Xəbərlər:
Nizami rayonunda «Gənclər arasında hərbi-vətənpərvərlik ideyalarının təbliği» mövzusunda tədbir keçirilmişdir

Nizami rayonunda «Gənclər arasında hərbi-vətənpərvərlik ideyalarının təbliği» mövzusunda tədbir keçirilmişdir

Ehtiyatda olan Zabitlərin Konfederasiyası ictimai birliyi və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Nizami rayon filiali «Gənclər arasında hərbi-vətənpərvərlik ideyalarının təbliği» mövzusunda tədbir keçirmişlər.

Bakı şəhəri Nizami rayonu 227 saylı tam orta məktəbdə keçirilən tədbirdə Ehtiyatda olan Zabitlərin Konfederasiyası ictimai birliyinin sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, onun müavini – ehtiyatda olan polkovnik Həsən Əmirov və Milli qəhrəman, polkovnik-leytenant Vahid Quliyev və Azərbaycan QMƏVŞAİB-in Nizami rayon filialının sədri Məhi Mehtiyev, filialın sədr müavini İzzət Şirinov iştirak etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок