Son Xəbərlər:
Nizami rayonunda «20 Yanvar uşaqların gözü ilə» adlı tədbir keçirilmişdir

Nizami rayonunda «20 Yanvar uşaqların gözü ilə» adlı tədbir keçirilmişdir

2019-cu il yanvarın 10-u 238 saylı orta məktəbdə Nizami rayon İcra Hakimiyyəti və Azərbaycan QMƏVŞAİB Nizami rayon filialının birgə təşkilatçılığı ilə «20 Yanvar uşaqların gözü ilə» adlı tədbir keçirilmişdir. Tədbir 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuşdur.

Tədbiri məktəbin direktoru İlqar Talıbov açaraq qonaqları salamlamış və giriş sözü ilə çıxış etmişdir.

Daha sonra Nizami rayon İcra hkimiyyəti başçısının müavini Gülnaz İsrafilova, YAP Nizami rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Sədaqət Vəiyeva və filialın sədri Məhi Mehdiyev çıxış edərək qanlı faciənin Azərbaycan tarixində oynadığı roldan, ölkəmizin müstəqilliyi yolunda xalqın mübarizəsindən, bu gün respublikamızın əldə etdiyi nailiyyətlərin məhz həmin müstəqillik mübarizəsindən qaynaqlandığını vurğulamışlar.

Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar ifa edilmiş, məktəbin foyesində 20 Yanvar hadisələrini əks etdirən rəsmlər nümayiş etdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок