Son Xəbərlər:
Neftçalada şəhid Paşin Sergey Nikolayeviçin anım mərasimi keçirilib

Neftçalada şəhid Paşin Sergey Nikolayeviçin anım mərasimi keçirilib

2019-cu il oktyabrın 10-u Neftcalada doğulmuş və şəhid olmuş Paşin Serğey Nikolayeviçin doğum günu ilə bağlı anım mərasimi keçirilmişdir.

Paşin Sergey Nikolayeviç 1973-cü ildə Neftçala rayonunun Bankə qəsəbəsində doğulub. Qəsəbədəki 2 nömrəli orta məktəbin 8-ci sinifini bitirdikdən sonra başsız qalan ailəsinə kömək məqsədilə əmək fəaliyyətinə başlayıb. 1994 cü ildə hərbi xidmətə gedib və elə həmin il Ağdam bölgəsində şəhid olub. Seyidlər qəbiristanlığında dəfn edilib. Yaşasaydı, 46 yaşı olacaqdı.

Tədbirdə Azərbaycan QMƏVAİB-in Neftçala rayon filialının və şəhidin ailə üzvləri iştirak edirdilər. Şəhidin məzarı təmir edilib. Neftcalanın tək xristian şəhididir.

Mərasim filial tərəfindən təşkil olunmuşdur. Tədbirdə filialın sədri e.o polkovnik-leytenant E.İ Əliyev, müharibə veteranları Elxan Məcidov, İlham Əzizov, Əbdüləli Babayev, şəhidin qardaşı Sadıq Sadıqov və şəhidin bacısı Svetlana Paşina çıxış etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок