Son Xəbərlər:
N saylı hərbi hissədə keçirilmiş «Açıq qapı» günündə Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının üzvləri də iştirak etmişlər

N saylı hərbi hissədə keçirilmiş «Açıq qapı» günündə Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının üzvləri də iştirak etmişlər

2019-cu il iyunun 22-si N saylı hərbi hissədə «Açıq qapı» günü təşkil olunmuş və bu münasibətlə şagirdlərin ifasında konsert proqramı keçirilmişdir. Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə, ictimai birliyin bir qrup fəal üzvü, Yeni Azərbaysan Partiyasının Sumqayıt şəhər təşkilatının sədr müavini Vəzirxan müəllim, Sumqayıt şəhər icra hakimiyyətinin məsul işçisi Fərman müəllim, Gənclər və İdman Nazirliyi Sumqayıt şəhər Təşkilatının sədri Elgün müəllim  iştirak etmişlər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndi və ulu öndərin heykəli önünə çiçəklər qoyuldu. Əsgər valideynləri ilə görüş keçirmişdir və müasir ordumuz və onun təminatı barədə hərbi hissənin komandiri çıxış etmişdir. Qonaqlar və valideynlər hərbi hissəyə baxış keçirərək əsgərlərin gündəlik fəaliyyəti və xidmətləri ilə məlumatlandırılmışlar.

Sonda konsert proqramında şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edildi və  xatirə şəkilləri çəkdirildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок