Son Xəbərlər:

Müharibə əlilləri haqqında qanun

“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarına və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 16, maddə 697; 1994-cü il, № 15, maddə 176; 1995-ci il, № 17-18, maddə 285; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 2, maddə 81, № 4, maddə 305, № 5, maddələr 356, 378, № 6, maddə 452; 1998-ci il, № 1, maddə 16; 1999-cu il, № 4, maddə 217, № 7, maddə 395; 2001-ci il, № 3, maddə 145, № 12, maddələr 731, 736; 2002-ci il, № 5, maddələr 244, 246, № 12, maddə 706; 2004-cü il, № 4, maddə 202, № 7, maddə 507, № 8, maddə 596; 2005-ci il, № 8, maddə 684; 2007-ci il, № 5, maddə 401; 2008-ci il, № 7, maddə 602; 2010-cu il, № 3, maddə 171, № 4, maddə 275) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddədə “məcburi dövlət sosial sığorta haqları və” sözləri çıxarılsın;

2. 10-cu maddədə “dövlət və yerli büdcələrdən, Dövlət Sosial Müdafiə Fondu” sözləri “dövlət büdcəsinin” sözləri ilə əvəz edilsin;

3. 25-ci maddənin dördüncü hissəsində “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin;

4. 26-cı maddənin ikinci hissəsində və 49-cu maddədə “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin;

5. 37-ci maddənin birinci hissəsində “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun hesabına” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin.

II. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 5, maddə 348; 1999-cu il, № 11, maddə 609; 2000-ci il, № 11, maddə 776; 2001-ci il, № 9, maddə 576, № 12, maddələr 733, 736; 2002-ci il, № 12, maddə 706; 2004-cü il, № 7, maddə 505, № 12, maddə 976; 2005-ci il, № 1, maddə 2, № 12, maddə 1082; 2006-cı il, № 11, maddə 923, № 12, maddə 1018; 2007-ci il, № 1, maddə 4, № 12, maddə 1193; 2008-ci il, № 2, maddə 49, № 4, maddə 254, № 6, maddə 462, № 7, maddə 602; 2009-cu il, № 12, maddə 970; 2010-cu il, № 4, maddə 276) 6-cı maddəsinin dördüncü hissəsi aşağıdakı redaksiyada verilsin:

“Müvafiq Dövlət Proqramına uyğun olaraq işsizlik müavinətləri məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilir.”.

III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, I kitab, maddə 584; 2001-ci il, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002-ci il, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003-cü il, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004-cü il, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005-ci il, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006-cı il, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007-ci il, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008-ci il, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009-cu il, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 11, maddə 878, № 12, maddə 953, 954, 966, 971; 2010-cu il, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483) 53-2-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. maddənin adı aşağıdakı redaksiyada verilsin:

“Kvota üzrə müəyyən olunmuş iş yerlərinə qəbul etməmə”;

2. maddənin mətnində “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin.

IV. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 522, № 12, maddə 731; 2003-cü il, № 1, maddə 16; 2007-ci il, № 10, maddə 938; 2008-ci il, № 5, maddə 341, № 7, maddə 602) aşağıdakı dəyişikliklər və əlavə edilsin:

1. 17.8-ci maddədə “Dövlət Sosial Müdafiə Fonduna” sözləri “dövlət büdcəsinə” sözləri ilə əvəz edilsin;

2. 18.1-ci maddədə “tədbirlər” sözündən sonra “dövlət büdcəsinin vəsaitləri və” sözləri əlavə edilsin;

3. 20.4-cü maddədə “Dövlət Sosial Müdafiə Fondunun” sözləri “dövlət büdcəsinin” sözləri ilə əvəz edilsin.

V. Bu Qanun 2011-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 oktyabr 2010-cu il.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок