Son Xəbərlər:
Müdafiə Nazirliyi may ayında görülən işlərə dair statistik məlumatları açıqlayıb

Müdafiə Nazirliyi may ayında görülən işlərə dair statistik məlumatları açıqlayıb

Müdafiə Nazirliyi may ayında görülən işlərə dair statistik məlumatları açıqlayıb.

Nazirlikdən «Report»un sorğusuna cavab olaraq bildirilib ki, bu il üçün tədbirlər planına əsasən, may ayında dövlət, yerli və xarici qeyri-hökumət təşkilatları, icra hakimiyyəti strukturları, təhsil müəssisələri, ictimai qurumlar ilə birgə bir sıra tədbir və layihələr həyata keçirilib, eləcə də müxtəlif televiziya kanalları və informasiya agentlikləri nümayəndələrinin cəbhəboyu zonaya səfərləri təşkil olunub.

Ay ərzində Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Ağdam, Ağstafa, Beyləqan, Bərdə, Qazax, Tərtər, Xocavənd, Füzuli, Goranboy, Göyçay, Göygöl, Bakının Xəzər, Xətai, Nizami, Qaradağ, o cümlədən Gəncə, Sumqayıt, Naftalan şəhər icra hakimiyyətləri ilə birgə cəbhə bölgələri də daxil olmaqla müxtəlif hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı hərbi təhsil müəssisələrində hərbi-vətənpərvərlik mövzusunda 50-dən artıq tədbir keçirilib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci, faşizm üzərində Qələbənin 73-cü ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə keçirilən müxtəlif tədbirlərdə şəxsi heyət, şəhid ailələrinin üzvləri, müharibə veteranları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tələbələr, məktəblilər və digərləri yaxından iştirak ediblər.

Hesabat dövründə Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanova və qurumun üzvləri, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin nümayəndələri hərbi hissələrdə şəxsi heyətlə görüşlər keçirərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi, onun keyfiyyəti və digər məsələlərlə yaxından tanış olublar.

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci tədris ilinə hazırlıq planına əsasən Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi tərəfindən cəbhə bölgəsində yerləşən hərbi hissələrdə “Beynəlxalq humanitar hüquq üzrə təlimatçıların təlimi” də keçirilib.

Kütləvi informasiya vasitələrində yayımlanması məqsədilə may ayında Müdafiə Nazirliyi tərəfindən 163 rəsmi məlumat, 758 foto, 10 videomaterial hazırlanıb və media nümayəndələrinin sualları cavablandırılıb.

AzTV, ITV, CBC, ARB televiziya kanalları, “Azərbaycan” qəzeti və ordu.az saytı tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə çəkilişlərin aparılması və məqalələrin hazırlanması üçün icazə məktubları verilib.

Bundan əlavə, Bolqarıstanın BTV və Qətərin “Əl-Cəzirə” televiziya kanallarının əməkdaşları, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə gəlmiş indoneziyalı jurnalistlər, eləcə də Niderlanddan olan müxbirlər cəbhə bölgələrinə səfər edərək bu istiqamətdə xidmət edən hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub, Ermənistan ordusunun xarabalığa çevirdiyi evlərin dağıntılarına baxıb, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər.

Ay ərzində televiziya və informasiya agentliklərinin nümayəndələri Müdafiə Nazirliyi tərəfindən təşkil edilən 15 tədbirin işıqlandırılması üçün dəvət alıblar.

Xəbər Report.az saytından götürülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок