Mingəçevirdə “Qəhrəmanlıq yolu” mövzusunda tədbir keçirilmişdir

17 yanvar 2020-ci il tarixdə Azərbaycan QMƏVŞAİB-in Mingəçevir şəhər filialının bir qrup üzvü ilə birlikdə 1990-cı ilin 20 yanvar hadisələrinin 30 illiyinə həsr olunmuş “Qəhrəmanlıq yolu” mövzusunda tədbir keçirilmişdir.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Filialın sədr müavini Əliağa Bəndalıyev çıxış edərək bu günün əhəmiyyətindən danışdı, vətənpərvərlik baxımından yeniyetmə və gənclər arasında 20 Yanvarın mühüm təbliğat olduğunu xüsusi vurğuladı.

İctimai birliyin üzvləri Ağazadə Məhəmmədəli, Naib İsmayılov, Mehdi Səmədov, Teymur Quliyev, Natiq İsgəndərov 20 yanvarla bağlı çıxış edərək xalqımızın başına gətirilən müsibətlərdən danışdılar. Tədbirə yekun vuran sədr müavini 20 Yanvar faciəsini törədənlərin dünya ictimaiyyətinə tanıdılmasında ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu qeyd etdi. O, xalqımıza və bütün sülhsevər insanlara bir daha başsağlığı dilədi.